Yuxarı
    Bağlamaq

    Misirdə bir ailənin 5 üzvü həlak olub, onlardan üçü uşaqdır

    Hadisə Şimali Sinayda fəaliyyət göstərən Ənsar Beyt əl-Maqdis radikal qruplaşması tərəfindən həyata keçirilib

    Bakı. 4 avqust. REPORT.AZ/ Misirin Şimali Sinay vilayətinin Şeyx əz-Zuveyd şəhərinin yaxınlığında yerləşən yaşayış evinə mərmi düşüb. Hadisə nəticəsində 5 nəfər həlak olub. 

    "Report"un verdiyi məlumata görə, bu barədə "Masri əl-Yaum" nəşrinin portalı məlumat yayıb. 

    Ölənlər bi ailənin üzvüdür, onlardan üçü uşaqdır. Yerli KİV-lərin məlumatına görə, hadisə Şimali Sinayda fəaliyyət göstərən "Ənsar Beyt əl-Maqdis" radikal qruplaşması tərəfindən həyata keçirilib. 

    İsrail və Qəzza sektoru ilə sərhəd olan Şimali Sinayda vəziyyət iyulun 1-də kəskin şəkildə gərgünləşib. Həmin gün radikallar Misir ordusunun mövqelərini atəşə tutublar. Rəsmi məlumata görə, 18 hərbçi həlak olub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi