Misirdə ağır yol qəzasında 18 nəfər ölüb

Misirdə ağır yol qəzasında 18 nəfər ölüb Hadisə Qahirədən Sohaqa şəhərinə gedən yolda baş verib
Digər ölkələr
14 Aprel , 2021 04:52
Misirdə ağır yol qəzasında 18 nəfər ölüb

Misirin cənubunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 18 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə “Axbar El-Yom” portalı məlumat yayıb.

Gecə saatlarında Qahirədən Sohaqa şəhərinə hərəkət edən sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini nasazlıq səbəbindən yolun kənarında dayanan yanacaq daşıyan yük avtomobilinə çırpıb.

Nəticədə avtomobillər yanmağa başlayıb. Yaralıların xəstəxanalara çatdırılması üçün 30-dan çox təcili yardım avtomobili hadisə yerinə cəlb edilib.

Avtomobil qəzası səbəbindən şəhərlərarası Assiut - Qırmızı dəniz magistralı yolunda hərəkət məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi