Yuxarı

Misirdə Rusiya təyyarəsinin qəzaya uğramasıyla bağlı iki şübhəli şəxs həbs olunub

Şarm əş-Şeyx aeroportunun iki əməkdaşı təyyarənin göyərtəsinə partlayıcı qurğu yerləşdirməkdə ittiham olunur

Bakı. 17 noyabr. REPORT.AZ/ Şarm əş-Şeyx aeroportunun iki əməkdaşı Sinay yarımadasında qəzaya uğramış Rusiyanın A321 təyyarəsinin göyərtəsinə partlayıcı qurğu yerləşdirilməsində ittiham olunaraq Misirin xüsusi xidmət dəstəsi tərəfindən həbs edilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ümumilikdə 17 nəfər saxlanılıb ki, onlardan ikisi təyyarənin göyərtəsinə partlayıcı qurğu keçirilməsinə yardım etməkdə ittiham olunur.

Xatırladaq ki, oktyabrın 31-də Misirin Şarm əş-Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə hərəkət edən "Koqalımavia" aviaşirkətinə məxsus "Airbus A-321" sərnişin təyyarəsi Sinay yarımadasının şimal-şərqində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvü hadisə zamanı həyatını itirib.

Rusiya Federal Təhlükəsizlik Xidməti qəzanın terror hücumunun nəticəsində baş verdiyini bəyan edib. Xidmət rəhbəri Aleksandr Bortnikov şəxsi əşyaların və təyyarə elementlərinin ekspertizası nəticəsində hadisə yerində partlayıcı maddənin izlərinin olduğunu aşkarladıqlarını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi