Misirdə 7 nəfər ölüm cəzasına məhkum edilib

Misirdə 7 nəfər ölüm cəzasına məhkum edilib Onlar 25 əsgərin qətlində iştirak, Əl-Qaidə terror təşkilatı ilə əməkdaşlıqda və s. ittiham olunublar
Digər ölkələr
6 Dekabr , 2014 19:41
Misirdə 7 nəfər ölüm cəzasına məhkum edilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Qahirə Cinayət Məhkəməsi Misir ictimaiyyəti tərəfindən “ikinci Rəfah qırğını” adı verilən iş üzrə keçirilən prosesdə 7 nəfəri ölüm cəzasına məhkum edib. 

"Report"un xarici mətbuata istinadən verdiyi məlumata görə, onlar Sinay yarımadasının şimalında və Şərqiyyədə terror aktları törətmək, həmçinin bu il avqustun 19-da Rəfah şəhərində təhlükəsizlik qüvvələrinin 25 əsgərinin qətli ilə nəticlələnmiş hadisələrdə iştirak etməkdə və Əl-Qaidə terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunublar. 

Bundan əlavə, üç nəfər ömürlük həbs cəzasına (25 il), 22 müttəhimin hər biri isə 15 il həbs cəzasına məhkum edilib. Məhkəmə müttəhimlərdən üç nəfərinə bəraət verib. 

Son xəbərlər

Orphus sistemi