Misirdə 500-dən çox insan əqrəblərin hücumundan zərər çəkib

Misirdə 500-dən çox insan əqrəblərin hücumundan zərər çəkib Şənbə günü Misirin cənubundakı Asvan əyalətində 500-dən çox insanı əqrəb sancıb.
Digər ölkələr
14 Noyabr , 2021 09:27
Misirdə 500-dən çox insan əqrəblərin hücumundan zərər çəkib

Şənbə günü Misirin cənubundakı Asuan əyalətində 500-dən çox insanı əqrəb sancıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Xalid Əbd əl-Qaffar bildirib.

Şənbə günü Asuanda nadir rast gəlinən leysan və dolu yağıb və beş ev dağılıb. Təbii fəlakət ölkənin bir sıra digər cənub əyalətlərini də əhatə edib.

Səhiyyə Nazirliyi leysan səbəbindən əqrəb yuvalarının zədələndiyini və buna görə də heyvanların onları tərk edərək yaşayış inalarına yaxınlaşması ilə izah edib.

“Asuanda 503 vətəndaş əqrəb sancmalarına qarşı dərman alıb, sancmalardan ölən olmayıb”, - nazirliyin press-relizində deyilir. Əqrəblərin sancdığı bütün vətəndaşlar artıq xəstəxanalardan evə buraxılıblar.

Nazir əmin edib ki, ölkənin bütün xəstəxanalarında əqrəb və ilan sancmalarına qarşı preparatlar kifayət qədərdir, məsələn, Asuan əyalətindəki xəstəxanalarda hazırda 3 350 doza var.

Səhiyyə Nazirliyi təhlükəli hava şəraitinə qarşı mübarizə planı çərçivəsində vətəndaşlara kömək etmək üçün 2 000-dən çox təcili tibbi yardım maşını və əlavə olaraq 48 avtomobil ayırıb.

Nazirlik vətəndaşları əqrəb sancmalarından sonra dərhal həkimə müraciət etməyə çağırıb. Bunun əlamətləri dişləmə yerində şiddətli ağrı, zəhərlənməyə bənzər simptomlar - qızdırma, qusma, ishal və başqaları daxildir.

Son xəbərlər

Orphus sistemi