Misir polisi İskəndəriyyə yaxınlığında üç terrorçunu məhv edib

Misir polisi İskəndəriyyə yaxınlığında üç terrorçunu məhv edib Onlar şəhərin yaşayış məntəqələrinin birində mənzildə gizlənirlərmiş
Digər ölkələr
20 İyun , 2017 20:50
Misir polisi İskəndəriyyə yaxınlığında üç terrorçunu məhv edib

Bakı. 20 iyun. REPORT.AZ/ Misir polisi İskəndəriyyə şəhərinin yaxınlığında "Müsəlman qardaşları" hərəkatının qolu sayılan "Xəsm" terror qruplaşmasının üç üzvünü məhv edib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Axtarışa verilmiş terrorçular İskəndəriyyənin yaşayış məntəqələrinin birində mənzildə gizlənirlərmiş.

Terrorçular silahdan atəş açmağa və polisdən yayınmağa cəhd etdikdə qanun keşikçiləri onlara atəş açmaq qərarına gəliblər. 

Son xəbərlər

Orphus sistemi