Misir ordusu Sinay yarımadasının şimalında 16 terrorçunu zərərsizləşdirib

Misir ordusu Sinay yarımadasının şimalında 16 terrorçunu zərərsizləşdirib Terrorçular tərəfindən istifadə olunan 66 obyekt vurulub
Digər ölkələr
12 Fevral , 2018 00:01
Misir ordusu Sinay yarımadasının şimalında 16 terrorçunu zərərsizləşdirib

Bakı. 12 fevral. REPORT.AZ/ Misir hərbçiləri Daxili İşlər Nazirliyi qüvvələrinin dəstəyi ilə Sinay yarımadasının şimal və mərkəzi hissələrində böyük anti-terror əməliyyatı həyata keçiriblər. Nəticədə 16 ekstremist məhv edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Misir silahlı qüvvələri komandanlığının məlumatında bildirilir.

"Zərbələr endirilib və terrorçular tərəfindən istifadə olunan 66 obyekt məhv edilib…cinayətkarların hazırladıqları, hərbçi və polislərə hücum etmək üçün qoyduqları 12 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib. ", — deyə sənəddə bildirilir.

Qeyd olunur ki, əməliyyat zamanı 4 yaraqlı həbs olunub, 30-dan çox şübhəli şəxs saxlanılıb.

Həmçinin terrorçuların partlayıcı maddə istehsal edən laboratoriyası, silah anbarı və onlarla nəqliyyat vasitəsi məhv edilib.

Son xəbərlər

Orphus sistemi