Misir, Mərakeş və BƏƏ Fələstin dövlətinin tanınmasını istəyirlər

Misir, Mərakeş və BƏƏ Fələstin dövlətinin tanınmasını istəyirlər Misir, Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) münaqişə bitdikdən sonra Qəzza zolağında yerləşdiriləcək sülhməramlı əməliyyatda iştirakla bağlı ABŞ ilə ilk məsləhətləşmələri keçirib.
Digər ölkələr
15 May , 2024 12:14
Misir, Mərakeş və BƏƏ Fələstin dövlətinin tanınmasını istəyirlər

Misir, Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) münaqişə bitdikdən sonra Qəzza zolağında yerləşdiriləcək sülhməramlı əməliyyatda iştirakla bağlı ABŞ-la ilk məsləhətləşmələri keçirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti məlumat yayıb.

"Üç ərəb dövləti - Misir, BƏƏ və Mərakeş - ilkin müzakirələr aparıblar, lakin onlar ABŞ-nin əvvəlcə Fələstin dövlətini tanımasını istəyirlər", - adının açıqlanmasını istəməyən Qərb rəsmisi nəşrə bildirib. Onun sözlərinə görə, ərəb ölkələri ABŞ-nin sülhməramlı qüvvələrə rəhbərlik etməli olduğuna inanır, lakin Vaşinqton yerdə olmadan bunu necə edəcəyini düşünməyə çalışır.

Qəzetin məlumatına görə, Səudiyyə Ərəbistanı da daxil olmaqla digər ərəb dövlətləri hərbçilərinin sülhməramlı missiyada iştirak etmək ideyasını rədd ediblər, çünki belə bir addım İsraili dəstəkləmək kimi qəbul edilə bilər. Bundan əlavə, onlar Qəzza zolağında üsyançılara cəlb olunmaqdan da qorxurlar.

Son xəbərlər

Orphus sistemi