Yuxarı
    Bağlamaq

    Misir Liviya ərazisinə havadan zərbə endirib

    Hədəf terrorçuların mövqeləri olub

    Bakı. 30 may. REPORT.AZ/ Misirin hərbi təyyarələri Liviyanın Derna şəhərində yerləşən terrorçuların mövqelərinə havadan silsilə zərbələr endirib.

    "Report" xəbər verir ki, bu barədə Liviya komandanlığına istinadən "Reuters" məlumat yayıb.

    "Hava zərbələri Liviya milli ordusu və Misir ordusu arasında əlaqəli şəkilə endirilib", - deyə Liviya ordusunun nümayəndəsi Əhməd Messmari bildirib.

    Misirin Müdafiə Nazirliyi hələ ki, məsələ ilə bağlı münasibət bildirməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi