Misir inqilabının istefaya göndərdiyi feldmarşal ölüb

Misir inqilabının istefaya göndərdiyi feldmarşal ölüb Misir Ali Hərbi Şurasının keçmiş başçısı feldmarşal Məhəmməd Hüseyn Tantaui 85 yaşında vəfat edib.
Digər ölkələr
21 Sentyabr , 2021 12:57
Misir inqilabının istefaya göndərdiyi feldmarşal ölüb
Məhəmməd Hüseyn Tantaui

Misir Ali Hərbi Şurasının keçmiş başçısı feldmarşal Məhəmməd Hüseyn Tantaui 85 yaşında vəfat edib.

“Report” xəbər verir ki, məlumatı “Newsru.co” yayıb.

Qeyd edək ki, Məhəmməd Hüseyn Tantaui 1935-ci il oktyabrın 31-də anadan olub. 1956-cı ildən Misir ordusunda xidmət edib. Ərəb-İsrail, habelə Körfəz müharibəsində (ABŞ tərəfdən) iştirak edib. Pakistanda Misir səfirliyində hərbi attaşe işləyib. 1991-2021-ci ildək Misir Müdafiə Nazirliyi və hərbi sənayesinə başçılıq edib.

2011-ci ildə Misir inqilabı zamanı müvəqqəti hökumətə faktiki olaraq başçılıq edib. 2011-ci ilin fevralından Silahlı Qüvvələrin Ali Şurasının növbədənkənar seçkilər keçirilənədək başçısı olub. 2012-ci il avqustun 12-də Misirin mərhum Prezidenti Məhəmməd Mursi tərəfindən istefaya göndərilib. Onun yerinə “Müsəlman qardaşları”na yaxın sayılan Əbd əl-Fəttah əs-Sisi təyin olunub. 2014-cü ildə əs-Sisi Mursi hakimiyyətinin devrilməsinə başçılıq edib.

Son xəbərlər

Orphus sistemi