Yuxarı

Misir DİN: "Müsəlman qardaşları"nın rəhbərlərindən biri öldürülüb"

Məhəmməd Kamal təşkilatın silahlı qanadının rəhbəri imiş

Bakı. 4 oktyabr. REPORT.AZ/ Misirin Daxili İşlər Nazirliyi "Müsəlman qardaşları" qruplaşmasının rəhbərlərindən biri olmuş Məhəmməd Kamalın öldürüldüyünü açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.

Məlumata görə, Kamal təşkilatın silahlı qanadına rəhbərlik edib. O, bundan əvvəl qiyabi olaraq azadlıqdan ömürlük məhrum edilmişdi.  

Bundan əlavə, xəbərdə təşkilatın daha bir üzvünün də məhv edildiyi bildirilir.

Qeyd edək ki, "Müsəlman qardaşları" Misirdə terror təşkilatı kimi tanınır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi