Miqrantlar ABŞ-a yeraltı yolla keçiblər

Miqrantlar ABŞ-a yeraltı yolla keçiblər Bakı. 19 yanvar. REPORT.AZ/ ABŞ ilə Meksika sərhədindəki divarın altından qazılmış lağım vasitəsilə 376 nəfərlik qanunsuz miqrant qrupu ABŞ ərazisinə keçib.
Digər ölkələr
599
19 Yanvar , 2019 10:29
Miqrantlar ABŞ-a yeraltı yolla keçiblər

Bakı. 19 yanvar. REPORT.AZ/ ABŞ ilə Meksika sərhədindəki divarın altından qazılmış lağım vasitəsilə 376 nəfərlik qanunsuz miqrant qrupu ABŞ ərazisinə keçib.

“Report” ABC telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Xidməti bildirib.

 Telekanal hadisənin yanvarın 14-də baş verdiyini, miqrantlar arasında 179 uşaq olduğunu diqqətə çatdırıb: “Rekord sayda bir qrup 3,6 metr hündürlükdəki metal divar altından yarımmetr enində lağım qazıb Arizona ştatı Yuma şəhəri yaxınlığında ABŞ ərazisinə keçib və dərhal da sərhədçilərimizə təslim olublar”.

Gömrük və Sərhəd Xidməti nümayəndələri bildiriblər ki, son vaxtlar ABŞ – Meksika sərhədinin uşaqlı miqrantların qanunsuz keçməsi getdikcə daha geniş vüsət alır. Onların böyük əksəriyyəti ABŞ-da sığınacaq almaq ümidi ilə ən qısa vaxtda sərhədçilərə təslim olurlar.

Son xəbərlər

Orphus sistemi