Minskdə tank paradın məşqləri zamanı dirəyə çırpılıb - FOTO

Minskdə tank paradın məşqləri zamanı dirəyə çırpılıb - FOTO Hadisə iyunun 24-də Müstəqillik prospektində baş verib
Digər ölkələr
24 İyun , 2017 23:07
Minskdə tank paradın məşqləri zamanı dirəyə çırpılıb - FOTO
Foto: auto.onliner.by

Bakı. 24 iyun. REPORT.AZ/ Minskdə Belarusun Müstəqillik Günü münasibəti ilə keçiriləcək paradın məşqləri zamanı "Т-72" tipli tank ağac və dirəyə çırpılaraq onları yerindən qoparıb.

"Report" xəbər verir ki, bu barədə "onliner.by" xəbər portalı məlumat yayıb.

Zirehli texnikanın iştirakı ilə qəza iyunun 24-də Müstəqillik prospektində baş verib. Şahidlərin sözlərinə görə, geridə qalan tank zirehli maşın karvanına çatmaq istəyib, amma sürət yığdıqdan sonra uğursuz manevr edib.

Tezliklə dirək yolun hərəkət hissəsindən götürülüb. Qəza nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi