Yuxarı

Minlərlə miqrant Macarıstandan Avstriyaya çatıb

Miqrantları Avstriya sərhədinə çatdıran avtobuslar yeni qrup adamları gətirmək üçün geri qayıdır

Bakı. 5 sentyabr. REPORT.AZ/ Macarıstandan avtobusla yola düşən minlərlə miqrant Avstriyaya gəlib. "Report" BBC-yə istinadən xəbər verir ki, Avstriya polisi gün ərzində gələnlərin sayının ikiqat artacağını gözləyir.

Miqrantların qeydiyyata alınmasını tələb edən Macarıstan hakimiyyəti bir neçə gün ərzində Budapeştdəki Keleti dəmiryolu stansiyası qarşısında toplaşan miqrantların başqa Aİ ölkələrinə getməsinə icazə vermirdi.

Dublin razılaşmasına görə miqrantlar ilk gəldikləri ölkədə qeydiyyatdan keçməlidirlər. Hərçənd ki, sığınacaq üçün Almaniyanı seçən miqrantların əksəriyyəti Macarıstanı tərk etməyə çalışırlar.

Cümə axşamı polis Budapeştdə dəmiryolu stansiyası qarşısında gözləyən miqrantlara qatarlara minməyə icazə versə də, sonradan onları paytaxtın qərbindəki qaçqın düşərgəsinə yerləşdirmək istəyib.

Buna etiraz edənlər Avstriya istiqamətində yeriməyə başlayıblar. Bir qədər sonra onlara avtobuslar ayrılıb.

Miqrantları Avstriya sərhədinə çatdıran avtobuslar yeni qrup adamları gətirmək üçün geri qayıdır.

Avstriyanın federal kansleri almaniyalı həmkarı ilə danışıqlardan sonra miqrantlara Avstriya üzərindən Almaniyaya keçməyə icazə verildiyini deyib. Werner Faymann bu barədə öz Facebook səhifəsində bildirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi