Bakı. 10 yanvar. REPORT.AZ/ Fransada mini ətəyin yaradıcısı Andre Kurrej vəfat edib.
“Report” xəbər verir ki, o, 93 yaşında yuxuda ikən dünyasını dəyişib.
Kurrej son illəri Parkinson xəstəliyindən əziyyət çəkib.
Kurrej Parisə Po şəhərindən əlində memar-inşaatçı diplomu ilə gəlib. 11 ildən sonra həyat yoldaşı ilə şəxsi “Courrèges” moda evini təsis edib.
Sonradan o səhmlərin nəzarət paketini Yaponiya şirkətinə satıb. Şirkət isə onun yaradıcılıq işlərinə müdaxilə etməyə başlayıb. Belə olan halda Kurrej modadan gedib, rəssamlıq və heykəltəraşlıq ilə məşğul olub.
Mini ətəyin yaradıcısı vəfat edib
Digər ölkələr
10 Yanvar , 2016
00:05
https://static.report.az/photo/84d37c8c-cc63-4954-8a8a-4b23a3b3d007.jpg
Rus versiyası
Во Франции умер создатель мини-юбки Андре Курреж