Yuxarı

​Türkiyənin "Miliyyət" qəzetinin baş redaktoru istefa verib

Fikrət Bila bu vəzifəni 3 ilə yaxın icra edib

Bakı. 9 iyun. REPORT.AZ/ Türkiyənin ən çox oxunan qəzetlərindən olan "Miliyyət"in baş redaktoru Fikrət Bila istefa verib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş redaktor istefası ilə bağlı qərarı öz həmkarlarına göndərdiyi məktub vasitəsilə açıqlayıb.

Qeyd edək ki, F.Bila 3 il əvvəl "Miliyyət" qəzetinin baş redaktoru təyin olunmuşdu. 

Onu bu vəzifəyə qəzetin sahibi olan Erdoğan Dəmirörən gətirmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi