Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Kuba Milli Assambleyasının üzvləri Migel Dias-Kaneli ölkənin yeni başçısı seçiblər.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, onun namizədliyinin xeyrinə deputatların 99,83 faizi səs verib.
Qeyd edək ki, 57 yaşlı M.Dias-Kanel ölkənin Dövlət Şurasının sədrinin birinci müavini idi. O, dövlət rəhbəri postunda 2008-ci ildən hakimiyyətdə olan 86 yaşlı Raul Kastronu əvəz edəcək.