Yuxarı
    Bağlamaq

    Miçiqan Donald Trampın ştat üzrə qələbəsini təsdiq edib

    O, rəqibindən 10 min 704 səs çox toplayıb

    Bakı. 29 noyabr. REPORT.AZ/ Miçiqan Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın ştat üzrə prezident seçkilərində qələbəsini təsdiq edib.

    "Report" xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

    O, Demokratlar Partiyasından olan rəqibi Hillari Klintondan 10 min 704 səs çox toplayıb ki, bu da səsverənlərin təqribən 0,2 faiz bəndini təşkil edir.

    ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət başçısı postuna keçməyə iki ay qalmış bir neçə istiqamətdən hücuma məruz qalıb. Onun rəqibləri Miçiqan da daxil olmaqla, bir sıra ştatlarda seçicilərin səslərinin yenidən sayılmasına təşəbbüs göstərərək ABŞ tarixində ilk dəfə olaraq Seçicilər Kollegiyasının onun prezident vəzifəsinə təsdiqinə qarşı səs verməsinə nail olmağa çalışırlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi