Mexikoda zəlzələ qurbanlarının sayı 198 nəfərə çatıb

Mexikoda zəlzələ qurbanlarının sayı 198 nəfərə çatıb Bu barədə Luis Felipe Puente özünün "Twitter"ində xəbər verib
Digər ölkələr
27 Sentyabr , 2017 23:35

Bakı. 27 sentyabr. REPORT.AZ/ Meksikanın paytaxtı Mexikoda xilasedicilər sentyabrın 19-da baş vermiş zəlzələnin daha bir neçə qurbanının cəsədini tapıblar.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin mülki müdafiə qüvvələrinin koordinatoru Luis Felipe Puente özünün "Twitter"ində xəbər verib.

Bildirilir ki, meqapolisdə təbii hadisə qurbanlarının sayı 198 nəfərə çatıb.

"Ölkədə zəlzələ qurbanlarının ümumi sayı 337 nəfərdir. Mexikoda 198 nəfər, Morelos ştatında 74 nəfər, Puebledə 45, Mexiko ştatında 13, Herrero ştatında 6, Oahakada 1 nəfər zəlzələnin qurbanı olub", - deyə Puente yazıb.

Son xəbərlər

Orphus sistemi