Bakı. 26 dekabr. REPORT.AZ/ Meksika paytaxtında son iki gündə ikinci dəfə kütləvi qətl hadisəsi qeydə alınıb.
"Report"un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, polis paytaxt Mexiko yaxınlığındakı bir evdə beş nəfərin cəsədini aşkarlayıb. İlkin ehtimallara görə, cinayəti soyğunçular törədib.
Xatırladaq ki, ötən gün Mexikoda 6 övladı ilə həyat yoldaşını qətlə yetirən bir şəxs özünü öldürmüşdü.