Yuxarı

Mexikoda silahlı şəxslərin sərnişin avtobusunu atəşə tutması nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb

Xəsarət alanlardan 2-i uşaq, bir neçəsi isə qadındır

Bakı. 27 iyul. REPORT.AZ/ Meksikanın paytaxtı Mexikoda silahlı şəxslər sərnişin avtobusuna atəş açıb. 

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə silahlı şəxslər avtobusdakı sərnişinləri qarət etmək istəyərkən baş verib. Polisin yaydığı məlumata görə, hadisə zamanı orada olmuş bir hərbçi silahlı şəxslərin qarşısını almaq üçün onlara atəş açıb.

Bundan sonra quldurlar sərnişin avtobusunu atəşə tutub. Nəticədə 9 nəfər yaralanıb, 1 nəfər ölüb.

Xəsarət alanlardan 2-i uşaq, bir neçəsi isə qadındır. Şahidlər bildiriblər ki, hərbçi silahlı şəxslərdən birini yaralamağa müvəffəq olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb və araşdırmalara başlanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi