Mexikoda inşa edilən dayanacağın uçması nəticəsində 6 nəfər ölüb, 20 nəfər xəsarət alıb

Mexikoda inşa edilən dayanacağın uçması nəticəsində 6 nəfər ölüb, 20 nəfər xəsarət alıb Dağıntılar altında daha bir neçə nəfərin qalması ehtimalı var
Digər ölkələr
11 Aprel , 2017 05:04
Mexikoda inşa edilən dayanacağın uçması nəticəsində 6 nəfər ölüb, 20 nəfər xəsarət alıb

Bakı. 11 aprel. REPORT.AZ/ Meksikanın paytaxtı Mexikoda inşa edilən dayanacağın uçması nəticəsində 6 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi yanğınsöndürmə xidmətinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Mexikonun qərbində baş verib. Hadisə zamanı həmçinin 20 nəfər xəsarət alıb.

Yanğınsöndürmə xidmətinin rəhbəri Raul Eskivel bildirib ki, dağıntılar altında daha bir neçə nəfərin qalması ehtimalı var. 

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.

Son xəbərlər

Orphus sistemi