Mexikoda helikopter qəzaya uğrayıb, ölənlər var

Mexikoda helikopter qəzaya uğrayıb, ölənlər var Meksikanın paytaxtı Mexikoda helikopterin qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb.
Digər ölkələr
15 Aprel , 2024 08:08
Mexikoda helikopter qəzaya uğrayıb, ölənlər var

Meksikanın paytaxtı Mexikoda helikopterin qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Meksika paytaxtının İctimai Təhlükəsizlik Katibliyinin rəhbəri Pablo Vaskes Kamaço sosial şəbəkədə açıqlayıb.

“Hazırda üç nəfərin öldüyü təsdiqlənib. Əhali və yaxınlıqdakı evlər təhlükəyə məruz qalmayıb”, - məmur bildirib.

O həmçinin hadisənin paytaxt bölgənin Koyoakan yaşayış məntəqəsində baş verdiyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi