Məşhur qolfçu ağır qəzaya düşüb

Məşhur qolfçu ağır qəzaya düşüb ​​​​​​​Amerikalı qolfçu Tayqer Vuds Kaliforniya ştatının Ranço Palos Verdes şəhərində  ağır yol qəzasına düşüb
Digər ölkələr
24 Fevral , 2021 00:29
Məşhur qolfçu ağır qəzaya düşüb
Tayqer Vuds

Amerikalı qolfçu Tayqer Vuds Kaliforniya ştatının Ranço Palos Verdes şəhərində ağır yol qəzasına düşüb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, qəza zamanı avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə gələn yanğınsöndürənlər hidravlik xilasetmə vasitələrindən istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalan idmançını xilas ediblər.

Tayqer Vuds təcili yardımla yerli xəstəxanaya aparılıb.

Vudsun menecerinin dediyinə görə, idmançı ayağından çoxsaylı xəsarət alıb və hazırda əməliyyat olunur.

Son xəbərlər

Orphus sistemi