Məscidül-Haramda kranın aşdığı ərazi dağıntılardan təmizlənib

Məscidül-Haramda kranın aşdığı ərazi dağıntılardan təmizlənib Kranın hansı səbəbdən aşması hələlik məlum deyil, hadisənin ildırım və fırtına səbəbindən baş verməsi ehtimalı da var
Digər ölkələr
12 Sentyabr , 2015 14:02
Məscidül-Haramda kranın aşdığı ərazi dağıntılardan təmizlənib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanında Məscidül-Haramda kranın aşdığı sahənin yanındakı ibadət məkanlarının 2-ci və 3-cü mərtəbələri bağlanılıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, artıq hadisənin baş verdiyi ərazidəki dağıntılar təmizlənib. 

Lakin hələ də aşan kran hadisə yerindədir. Hadisə yerindəki əraziyə mərmər döşənməsi də nəzərdə tutulub. Buna görə də hadisə yerinə yaxın ərazilərdə ciddi təhlükəsizlik tədbirləri görülüb.

Həmçinin, qəzadan sonra ibadət üçün bağlanılan 2-ci və 3-cü mərtəbəyə səhər saatlarında heç bir zəvvar buraxılmayıb.

Kranın hansı səbəbdən aşması hələlik məlum deyil. Hadisənin ildırım və fırtına səbəbindən baş verməsi ehtimalı da var. 

Ziyarət məkanının genişləndirilməsi üçün ərazidə işlər görülürmüş. Kəbədə aşan krandan əlavə, 10 kran da olub. Lakin hadisəyə səbəb olan kran ən böyüyü imiş.

Hadisə şahidlərinin sözlərinə görə, kranın aşması vahiməli gurultuya səbəb olub. Nəticədə çox sayda insan qanlar içərisində yerə yıxılıb. Təhlükəsizlik işçiləri dərhal ölənlərin üstünü örtüblər. Dəhşətli qəzanın olmasına baxmayaraq, hadisə yerində heç bir qarşıdurma olmayıb.

Xatırladaq ki, dünən Məkkə şəhərindəki Məscidül-Haramda təmir və restavrasiya işləri aparan böyük kranlardan biri aşıb. Həcc mövsümü və cümə günü olduğundan məscid ərazisində böyük izdiham olub və 107 zəvvar dünyasını dəyişib, 238 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Son xəbərlər

Orphus sistemi