Merkelə seçkiqabağı mitinqdə pomidor atıblar

Merkelə seçkiqabağı mitinqdə pomidor atıblar Almaniya kansleri hadisəyə təbəssümlə reaksiya verib
Digər ölkələr
5 Sentyabr , 2017 22:45
Merkelə seçkiqabağı mitinqdə pomidor atıblar

Bakı. 5 sentyabr. REPORT.AZ/ Naməlum şəxslər çərşənbə axşamı Heydelberq şəhərindəki (Baden-Vürtemberq federal torpağı) tələbə şəhərində keçirilən seçkiqabağı mitinqdə Almaniya kansleri Angela Merkelə pomidor atıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, hökumət başçısı vəzifəsinə namizəd üç min seçici qarşısında çıxış edib. Çıxışın sonuna yaxın kütlədən ona tərəf iki pomidor atılıb. Onlardan biri kanslerin sol buduna, digəri isə görüşün aparıcısına dəyib.

Yerli KİV-in məlumatına görə, Merkel bu hadisəni təbəssümlə qarşılayıb və bu, onun seçkiqabağı tədbirlərinin qrafikinə təsir göstərməyib.

Polisdən DPA agentliyinə kanslerə pomidor atıldığı təsdiqlənib. Hüquq-mühafizə orqanları pamidorları iki müxtəlif insanın atdığını hesab edirlər. Onların şəxsiyyəti hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi