Merkel və Zelenski regional təhlükəsizliyi müzakirə ediblər

Merkel və Zelenski regional təhlükəsizliyi müzakirə ediblər Almaniya kansleri vəzifəsini icra edən Angela Merkel və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Digər ölkələr
26 Noyabr , 2021 03:12
Merkel və Zelenski regional təhlükəsizliyi müzakirə ediblər
Vladimir Zelenski və Angela Merkel

Almaniya kansleri vəzifəsini müvəqqəti icra edən Angela Merkel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı Minsk razılaşmalarının həyata keçirilməsi üçün Normandiya formatında işi davam etdirmək barədə razılığa gəlinib.

Merkel və Zelenski Ukraynanın şərqindəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Kansler Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Liderlər, həmçinin Belarus-Avropa İttifaqı, o cümlədən Belarus-Ukrayna sərhədindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi