Merkel Baydenlə telefonla danışıb

Merkel Baydenlə telefonla danışıb ABŞ Prezidenti Cozef Baydenlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.
Digər ölkələr
26 Yanvar , 2021 02:11
Merkel Baydenlə telefonla danışıb

ABŞ Prezidenti Cozef Baydenlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.

“Report”un məlumatına görə, bu barədə xəbəri Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, tərəflər Əfqanıstan və İran başda olmaqla xarici siyasət barədə danışıb, ticarət və iqlim siyasətlərini müzakirə ediblər. Kansler Baydeni Almaniyanı ziyarət etməyə dəvət edib.

Yeni növ koronavirus infeksiyasını müzakirə edən tərəflər bildiriblər ki, pandemiyaya qarşı mübarizə beynəlxalq səyləri tələb edir.

Almaniya hökumətinin başçısı, həmçinin beynəlxalq problemləri Avropa və transatlantik tərəfdaşlarla birlikdə həll etməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi