Mərakeş və Omanda koronavirusdan ölənlərin sayı artdı

Mərakeş və Omanda koronavirusdan ölənlərin sayı artdı Mərakeş və Omanda COVID-19 qurbanlarının sayında artım müşahidə edilib.
Digər ölkələr
17 Aprel , 2020 16:59
Mərakeş və Omanda koronavirusdan ölənlərin sayı artdı

Mərakeş və Omanda COVID-19 qurbanlarının sayında artım müşahidə edilib.

“Report” xəbər verir ki, bunu ölkələrin səhiyyə nazirlikləri açıqlayıb.

Məlumata görə, koronavirusdan ölənlərin sayı Mərakeşdə 133-ə, Omanda isə 5-ə yüksəlib.

Bundan başqa, Livan və Liviyada yoluxma halları artıb. Belə ki, Yaxın Şərq ölkəsi Livanda yoluxanların sayı 668-ə çatdığı halda, Şimali Afrika ölkəsi Liviyada bu rəqəm 49-a yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 200 000-i ötüb. Bunların 558 150 nəfəri sağalıb, 147 784 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi