Melburnda yenidən karantin tətbiq edilir

Melburnda yenidən karantin tətbiq edilir Avstraliyanın 4,9 milyon əhalisilə ikinci böyük şəhəri olan Melburnda (Viktoriya ştatı) yenidən sərt karantin rejimi tətbiq olunur.
Digər ölkələr
388
7 İyul , 2020 18:54
Melburnda yenidən karantin tətbiq edilir

Avstraliyanın 4,9 milyon əhalisilə ikinci böyük şəhəri olan Melburnda (Viktoriya ştatı) yenidən sərt karantin rejimi tətbiq olunur.

“Report” “Sky News”a istinadən xəbər verir ki, ştatın baş naziri Daniel Andryus koronavirusa yoluxma hallarının yenidən artdığına görə tətbiq edilən məhdudiyyətlərin 8 iyul tarixindən başlayaraq 6 həftəlik müddəti əhatə edəcəyini açıqlayıb.

Bu məhdudiyyətlər Melburnla yanaşı, şəhərin şimalında yerləşən Mitçell Şir bölgəsində də qüvvəyə minəcək. Həmin müddət ərzində şəhər sakinləri yalnız işə gedəcək, ərzaq, səhiyyə xidmətləri almaq, məşq etmək üçün evlərini tərk edə biləcəklər.

Qeyd olunur ki, son 24 saat ərzində ştat ərazisində koronavirusa 191 nəfər yoluxub, bu da epidemiyanın mart ayında başladığından etibarən görünməmiş rəqəmdir.