Yuxarı
    Bağlamaq

    Meksikanın Verakrus ştatında 500-dən çox insan soyğunçuluğa görə həbs edilib

    Belə ehtiyat tədbiri qanun pozuntularının ağırlığıyla əlaqədar seçilib

    Bakı. 8 yanvar. REPORT.AZ/ Meksikanın Verakrus ştatında 500-dən çox insan yanvarın 5-də mağazalardakı soyğunçuluqlarda iştiraka görə həbs edilib.

    "Report"un məlumatına görə, bu barədə "TASS" xəbər verib.

    Regionun Baş Prokurorluğunun bəyanatında qeyd edilir ki, belə ehtiyat tədbiri qanun pozuntularının ağırlığıyla əlaqədar seçilib. Saxlanılanlar kütləvi soyğunçuluqlarda şübhəli bilinirlər.

    Yanvarın 1-dən benzinə qiymətlərin qalxmasına qarşı etirazların gedişatında qarışıqlıqlar dalğası Verakrus da daxil olmaqla, Meksikanın digər regionlarını bürüyüb. Prokurorluğun fikrincə, həbs edilənlərin terrora, soyğunçuluğa, habelə digər qanun pozuntularına cəlb edilmələri mümkündür.

    Qeyd edilir ki, ştatda qüvvədə olan cinayət məcəlləsinə əsasən ittiham edilənlər 30 il azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi