Meksikanın neft emalı zavodunda partlayışlar olub, xəsarət alanlar var

Meksikanın neft emalı zavodunda partlayışlar olub, xəsarət alanlar var Meksikanın şimal-şərqindəki Nuevo-Leon ştatındakı Kadereyte bələdiyyəsində neft emal edən zavodu ərazisində azı iki partlayış olub.
Digər ölkələr
11 Dekabr , 2020 03:26
Meksikanın neft emalı zavodunda partlayışlar olub, xəsarət alanlar var
0 : 00
0 : 00

Meksikanın şimal-şərqindəki Nuevo-Leon ştatındakı Kadereyte bələdiyyəsində neft emal zavodu ərazisində azı iki partlayış olub.

“Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Xayme Rodriqes Kalderon özünün tvitterdəki səhifəsində bildirib.

O, qeyd edib ki, hadisə zamanı bir neçə işçi xəsarət alıb.

"Xilasetmə xidməti Kadereytedə neft emalı zavodunda qazın yığılmasına görə iki partlayışın qeydə alınması barədə bildirib. Mənə məlumat veriblər ki, hadisə zamanı 5 nəfər xəsarətlər alıb, onlar tibbi yardım üçün “Pemex” (dövlət neftqaz şirkəti-red) xəstəxanasına aparılıblar.

Hazırda müəssisədə vəziyyət nəzarət altındadır.

Son xəbərlər

Orphus sistemi