Meksikada zəlzələ zamanı ölənlərin sayı artıb, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB-2 - FOTO

Meksikada zəlzələ zamanı ölənlərin sayı artıb, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB-2 - FOTO Meksikanın cənubundakı Oahaka ştatında baş verən 7,5 maqnitudalı zəlzələ zamanı ölənlərin sayı 5 nəfərə çatıb.
Digər ölkələr
24 İyun , 2020 03:03
Meksikada zəlzələ zamanı ölənlərin sayı artıb, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB-2 - FOTO

Meksikanın cənubundakı Oahaka ştatında baş verən 7,5 maqnitudalı zəlzələ zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, təbii hadisə zamanı 30-dan çox insan xəsarət alıb. Respublikanın İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyi zəlzələ nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb. Oahaka ştatının qubernatoru Alexandro Murat isə beşinci şəxsin ölümü barədə bildirib. 


Qeyd edilir ki, ölüm hadisələrinin hamısı zəlzələ episentrinin yerləşdiyi Oahaka ştatı ərazisində qeydə alınıb. Meksikanın Mülki Müdafiə İdarəsi də öz növbəsində 30-dan çox xəsarət alanın olduğunu bildirib. 

Məlumata görə, yeraltı təkanlar ölkənin cənubundakı 5 xəstəxanaya ciddi zərər vurub. Bundan əlavə, paytaxtın iki tibb mərkəzinin binalarında çatların yaranması xəbər verilib. 


***01:40

Meksikanın cənubundakı Oahaka ştatında güclü zəlzələ zamanı 4 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə respublikanın İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyi bildirib.

"İlkin məlumatlara əsasən, 7,5 maqnitudalı zəlzələ nəticəsində dörd insan həlak oldu, yaşayış fondu ciddi zərər çəkdi", - nazirliyin bəyanatında deyilir. 

Qeyd edək ki, müxtəlif mənbələrə əsasən təbii hadisə zamanı həmçinin 30-dan çox insanın xəsarət aldığı bildirilir. 

Zəlzələ zamanı Oahakada bir neçə xəstəxanaya zərər dəyib. Bu səbəbdən pasiyentlər və tibbi heyət təxliyə edilib. Hakimiyyət orqanları silahlı qüvvələrin bölmələrini əhaliyə yardıma cəlb edib.

Son xəbərlər

Orphus sistemi