Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb Daha çox ölüm halı Oaxaka ştatında qeydə alınıb
Digər ölkələr
11 Sentyabr , 2017 22:51
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "El Mundo" nəşri yazıb.

Qeyd olunur ki, daha çox ölüm halı Oaxaka ştatında qeydə alınıb. Qubernator Alexandro Muratanın sözlərinə bu ştatda 76 nəfər ölüb.

Çyapas ştatında qurbanların sayı 15, Tabaskoda isə 4 nəfər təşkil edib.

Bundan əvvəl ölənlərin 90 nəfər olduğu bildirilirdi.

Sentyabrın 8-də Meksika yaxınlığında 8 maqnitudalı yeraltı təkanlar baş verib ki, bu da güclü dağıntılara gətirib çıxarıb.

Son xəbərlər

Orphus sistemi