Meksikada yük maşını bir qrup insanı vurub, 5 nəfər ölüb - VİDEO

Meksikada yük maşını bir qrup insanı vurub, 5 nəfər ölüb - VİDEO Bakı. 21 iyun. REPORT.AZ/ Meksikanın Çyapas ştatında yük maşınının bir qrup insanı vurması nəticəsində azı 5 nəfər ölüb, daha 11-i yaralanıb.
Digər ölkələr
21 İyun , 2018 04:35
Meksikada yük maşını bir qrup insanı vurub, 5 nəfər ölüb - VİDEO

Bakı. 21 iyun. REPORT.AZ/ Meksikanın Çyapas ştatında yük maşınının bir qrup insanı vurması nəticəsində azı 5 nəfər ölüb, daha 11-i yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Maşın əvvəlcə bir neçə avtomobilə çırpılıb, ardınca isə avtobus gözləyən bir qrup insanı vurub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, sürücünün özü yüngül travma alıb və tezliklə ifadə verəcək.

İlkin məlumata görə, yol qəzasına yük maşınında əyləc sisteminin işləməməsi səbəb olub.

Son xəbərlər

Orphus sistemi