Meksikada yaşayış evində 11 nəfər qətlə yetirilib - VİDEO

Meksikada yaşayış evində 11 nəfər qətlə yetirilib - VİDEO Onların arasında qadınlar da var
Digər ölkələr
4 Avqust , 2018 02:46
Meksikada yaşayış evində 11 nəfər qətlə yetirilib - VİDEO

Bakı. 4 avqust. REPORT.AZ/ Meksikanın Çiuaua ştatının Syudad-Xuares şəhərində bir qrup silahlı şəxs yaşayış evində 11 nəfəri qətlə yetirib.

"Report" "Milenio" nəşrinə istinadən xəbər verir ki, bu barədə ştatın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, ölənlərdən 8-i kişi, 3-ü isə qadındır. Bəziləri əli bağlı olan meyitlərin üzərində işgəncə izləri aşkar edilib.

Hücumun iki yerli cinayətkar qrup arasında olan münaqişə zəminində törədildiyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi