​Meksikada vulkan səbəbindən yüzlərlə insan təxliyə edilib - VİDEO

​Meksikada vulkan səbəbindən yüzlərlə insan təxliyə edilib - VİDEO Həmçinin Kolima şəhər aeroportu bağlanıb
Digər ölkələr
12 İyul , 2015 16:35
​Meksikada vulkan səbəbindən yüzlərlə insan təxliyə edilib - VİDEO

Bakı. 12 İyul. REPORT.AZ/ Şənbə günü Meksikanın Kolima vulkanı ərazisində yaşayan ən azı 800 nəfər onun davam etməkdə olan fəallığı və mümkün güclü püskürmə təhlükəsi səbəbindən təxliyə edilib.

"Report" xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, mütəxəssislər Kolimanın yüksək fəallığının səciyyəvi olmadığını və onu sonda vulkanın tarixində ən güclü püskürmənin baş verdiyi 1913-cü ildəki fəallığa bənzətdiklərini bildiriblər.

Mütəxəssislər nəticədə vulkanın 12 kilometr radiusunda yerləşən bütün yaşayış məntəqələrinin köçürülməsi barədə qərar qəbul ediblər.

Vulkanın fəallığı və havaya kül atması nəticəsində Kolima milli hava limanı kommersiya və şəxsi reyslər üçün bağlı elan edilib.

Vulkan 1576-cı ildən etibarən 40 dəfədən çox püskürüb.

Son xəbərlər

Orphus sistemi