Son sutkada Meksikada koronavirusdan daha 579 nəfər ölüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son bir gündə Meksikada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 6 149 olub.
Ölkədə ümumilikdə COVID-19-a 317 635 yoluxma aşkarlanıb, epidemiyanın başlanğıcından koronavirusdan 36 906 pasiyent ölüb.