Meksikada təyyarə qəzaya uğrayıb

Meksikada təyyarə qəzaya uğrayıb Bakı. 22 dekabr. REPORT.AZ/ Meksikada təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
22 Dekabr , 2017 06:45
Meksikada təyyarə qəzaya uğrayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Meksikada təyyarə qəzaya uğrayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Kintana Roo ştatında baş verib.

İlkin məlumata görə, qəzaya uğramış kiçik "Cessna 207" təyyarəsinin göyərtəsində 5 nəfər olub. Onlardan 4-ü Böyük Britaniyadan olan turistlər, 1-i isə pilot imiş.

Təyyarə Playi-del-Karmendən Çiçen-İça arxeoloji zonasına doğru uçub və ekvatorial meşədə yerə düşüb. Göyərtədəkilərin hamısı sağ qalsalar da, müxtəlif xəsarətlər alıblar.

Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir.

Son xəbərlər

Orphus sistemi