Meksikada təyyarə qəzası: nazir müavini və daha 6 nəfər ölüb

Meksikada təyyarə qəzası: nazir müavini və daha 6 nəfər ölüb Meksikanın federal hakimiyyəti və prokurorluğu hadisə ilə bağlı araşdırma aparacaq
Digər ölkələr
28 Mart , 2021 11:25
Meksikada təyyarə qəzası: nazir müavini və daha 6 nəfər ölüb

Meksikada ikimühərrikli “Cessna” təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, bir nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı yerli “Jornada” qəzeti yayıb.

Bildirilib ki, hadisə Meksikanın Sonora ştatında baş verib. Təyyarənin göyərtəsində 8 nəfər olub. Onlar Meksikanın Ermosilo şəhərindən ABŞ-ın Arizona ştatının Tuson şəhərinə uçuş edirmiş. Ölənlər arasında Sonora əyalətinin iqtisadi inkişaf nazirinin müavini və anası da olub.

Meksikanın federal hakimiyyəti və prokurorluğu hadisə ilə bağlı araşdırma aparacaq.

Son xəbərlər

Orphus sistemi