Meksikada tələbələrin oğurlanaraq yandırılmasında əli olan daha bir nəfər saxlanılıb

Meksikada tələbələrin oğurlanaraq yandırılmasında əli olan daha bir nəfər saxlanılıb Tələbələr İquala şəhərində itkin düşüblər
Digər ölkələr
13 Mart , 2018 06:49
Meksikada tələbələrin oğurlanaraq yandırılmasında əli olan daha bir nəfər saxlanılıb

Bakı. 13 mart. REPORT.AZ/ Meksika hakimiyyəti 2014-cü ilin sentyabrında onlarla tələbənin itməsində iştirak edən daha bir nəfəri yaxalayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu bazar ertəsi ölkənin daxili işlər naziri Alfonso Navarrete deyib.

Tələbələr İquala şəhərində itkin düşüblər. Sonda məlum olub ki, onları yerli polislər oğurlayıblar və quldurlara ötürüblər, ardınca tələbələr ehtimal ki, öldürülüb və onların meyitləri yandırılıb.

Bununla əlaqədar uzun sürən təhqiqat zamanı 100-dən çox insan saxlanılıb. Onların sırasında İquala şəhərinin meri və çoxsaylı yüksəkrütbəli polis məmurları da var.

Son xəbərlər

Orphus sistemi