Meksikada silahlılarla polis arasında atışmada azı 14 nəfər həlak olub

Meksikada silahlılarla polis arasında atışmada azı 14 nəfər həlak olub Meksikanın Koauila ştatında polis əməkdaşları ilə narkokartelin silahlıları arasında atışma olub.
Digər ölkələr
1 Dekabr , 2019 08:02
Meksikada silahlılarla polis arasında atışmada azı 14 nəfər həlak olub

Meksikanın Koauila ştatında polis əməkdaşları ilə narkokartelin silahlıları arasında atışma olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "El Universal" qəzeti regionun qubernatoru Migel Solisə istinadən məlumat yayıb.

Məlumata görə, Vilya-Union bələdiyyəsində baş verən atışma zamanı azı 14 nəfər həlak olub. Qubernatorun sözlərinə görə, öldürülənlərdən 10-nun narkokartelin silahlıları olduğu güman edilir. Atışma zamanı həmçinin 4 asayiş keşikçisi də həlak olub, həmçinin 6 polis əməkdaşı da yaralanıb.

Qeyd edilir ki, cinayətkarlar iri kalibrli silahlardan, o cümlədən avtomatlardan istifadə ediblər. Polisə hücumda iştirak edən cinayətkarların dəqiq sayı məlum deyil. 

Son xəbərlər

Orphus sistemi