Meksikada şənlik iştirakçıları atəşə tutulub, 7 nəfər ölüb

Meksikada şənlik iştirakçıları atəşə tutulub, 7 nəfər ölüb Bakı. 21 yanvar. REPORT.AZ/ Meksikanın kurort şəhəri Kankunda bazar gününə keçən gecə şənlik keçirən insanlar atəşə tutulublar. Nəticədə 7 nəfər həyatını itirib.
Digər ölkələr
21 Yanvar , 2019 05:59
Meksikada şənlik iştirakçıları atəşə tutulub, 7 nəfər ölüb

Bakı. 21 yanvar. REPORT.AZ/ Meksikanın kurort şəhəri Kankunda bazar gününə keçən gecə şənlik keçirən insanlar atəşə tutulublar. Nəticədə 7 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, quldurlar şəhərin yoxsul yaşayan hissəsindəki evlərdən birinə yaxınlaşaraq ora toplaşanlara atəş açmağa başlayıblar.

Polis iki şəxsin meyitini bayırda, daha 4-nün cəsədini isə evin içərisində aşkar edib.

Əvvəllər cinayətkarlıq baxımından demək olar ki, təhlükəsiz olan Kankun şəhəri, son zamanlar bir-biri ilə rəqabətdə olan narkotacir qrupları arasında çoxsaylı qanlı insidentlərin məkanına çevrilib. Toqquşmalar əsasən şəhərin qeyri-turizm zonasında baş verir.

Daha əvvəl Meksikada boru kəmərinin partlaması nəticəsində 76 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi