Meksikada şəhər meri silahlı hücum zamanı öldürülüb

Meksikada şəhər meri silahlı hücum zamanı öldürülüb Meksikanın cənubundakı Oahaka ştatının Halapa şəhərinin meri Artur Velaskes yeni illə bağlı təşkil edilmiş əyləncə gecəsində təşkil edilmiş sui-qəsdin qurbanı olub.
Digər ölkələr
24 Dekabr , 2019 05:01
Meksikada şəhər meri silahlı hücum zamanı öldürülüb

Meksikanın cənubundakı Oahaka ştatının Halapa şəhərinin meri Artur Velaskes yeni illə bağlı təşkil edilmiş əyləncə gecəsində təşkil edilmiş sui-qəsdin qurbanı olub. 

"Report" xəbər verir ki, bu barədə "Televisa" telekanalı bildirib.

Qeyd edilir ki, naməlum cinayətkarlar bayramın qeyd edildiyi binaya soxulublar və içəridəkilərə atəş açıblar.

Velaskeslə birlikdə şəhər administrasiyasının əməkdaşlarından biri Havyer Terrero da öldürülüb. Hücum zamanı başqa həlak olanlar və ya zərərçəkənlər haqqında məlumat yoxdur. Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər, onları isti izlərlə yaxalamaq mümkün olmayıb. Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitinin araşdırılmasına başlayıb.

Qeyd edək ki, cari ilin yanvarından dekabrın başlanğıcına qədər Meksikada 32,6 min nəfər zorakılığın qurbanı olub. Bu, 2018-ci illə müqayisədə 3% çoxdur. Qətllərin böyük əksəriyyəti odlu silahla törədilib. 

Minlərlə meksikalının həlak olmasına görə narkomafiya məsuliyyət daşıyır. 

Son xəbərlər

Orphus sistemi