Meksikada seçkiqabağı tədbirdə bədbəxt hadisə nəticəsində 4 nəfər ölüb

Meksikada seçkiqabağı tədbirdə bədbəxt hadisə nəticəsində 4 nəfər ölüb Meksika Prezidenti Andres Manuel Lopes Obrador "Vətəndaş hərəkatı" Partiyasından Nuevo-Leon ştatının San Pedro şəhərinin merinə namizəd Lorenni Kannavatinin seçkiqabağı mitinqi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində 4 nəfərin öldüyünü, 15 nəfərin xə
Digər ölkələr
23 May , 2024 08:46
Meksikada seçkiqabağı tədbirdə bədbəxt hadisə nəticəsində 4 nəfər ölüb

Meksika Prezidenti Andres Manuel Lopes Obrador "Vətəndaş Hərəkatı" Partiyasından Nuevo-Leon ştatının San Pedro şəhərinin meri vəzifəsinə namizəd Lorenni Kannavatinin seçkiqabağı mitinqi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində bir neçə nəfərin öldüyünü və xəsarət aldığını bildirib.

"Report" xəbər verir ki, bu barədə Prezident "X" sosial şəbəkəsində yazıb.

"Hadisə yerində olan Nuevo-Leon qubernatoru Samuel Qarsianın sözlərinə görə, 4 nəfər ölüb, 15 nəfər yaralanıb", - o yazıb.

Hadisə Kannavatinin seçkiqabağı kampaniyasını başa çatdırdığı mitinq zamanı baş verib. Onunla birlikdə "Vətəndaş Hərəkatı"nın Meksikanın prezidentliyinə namizədi Xorxe Alvares Maynes də səhnədə olub.

Videolardan görünür ki, həmin an güclü külək partiyanın loqosunun proyeksiya olunduğu böyük ekranı çıxış edənlərin arxasında dayananların üstünə aşırıb.

Namizədlərin özləri, dekorasiyanın düşməsi zamanı onun altından qaça biliblər və ciddi xəsarət almayıblar. Bu barədə isə Maynes özü “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. O, bir az sonra yaralılara kömək üçün təcili yardım yerinə qayıtdığını əlavə edib.

Son xəbərlər

Orphus sistemi