Meksikada quldurlar həbsxana direktorunu oğurlayaraq qətlə yetirib

Meksikada quldurlar həbsxana direktorunu oğurlayaraq qətlə yetirib Quldurlar Moyses Çopin Mesin evinə basqın ediblər
Digər ölkələr
3 İyun , 2017 05:39
Meksikada quldurlar həbsxana direktorunu oğurlayaraq qətlə yetirib
Foto: "RİA Novosti"

Bakı. 3 iyun. REPORT.AZ/ Meksikanın Herrero ştatındakı həbsxananın direktoru naməlum quldurlar tərəfindən oğurlanaraq qətlə yetirilib.

"Report"un məlumatına görə, bu barədə ştatın təhlükəsizliyin koordinasiyası qrupunun rəhbəri Roberto Alvares Erediya xəbər verib.

Mərhumun yaxınlarının sözlərinə görə, quldurlar Moyses Çopin Mesin evinə basqın ediblər. Onlar dikrektoru döyərək naməlum istiqamətə aparıblar.

Onun oğurlanmasında dərhal sonra federal və yerli güc strukturları Çopinin axtarışı məqsədilə irimiqyaslı əməliyyata başlayıblar. Lakin bu heç bir nəticə verməyib.

Sonradan onun boynundan xəsarət almış meyiti tapılıb.

Herrero ştatı Meksikanın cinayətkarlıq baxımından ən təhlükəli yerlərindən biridir. 

Son xəbərlər

Orphus sistemi