Meksikada qasırğa xəbərdarlığı

Digər ölkələr
  • 18 avqust, 2021
  • 23:36
Meksikada qasırğa xəbərdarlığı

Meksikanın Kintana-Ro ştatı “Qreys” qasırğasının yaxınlaşması ilə əlaqədar bir neçə kurort bölgəsində narıncı həyəcan səviyyəsi barədə xəbərdarlıq edib.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, mülki müdafiə idarəsi Felipe-Karrilo-Puerto, Tulum, Solidaridad, Puerto-Morelos və Kosumel rayonlarında narıncı (yüksək təhlükə) səviyyəli təhlükə elan edib.

Bölgə rəhbərliyi əhalini təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb. Bundan əvvəl xilasedicilər Tulum bölgəsindən təxminən 120 nəfəri təxliyə ediblər.

“Qreys” qasırğası Tulumdan 475 km məsafədə yerləşir və qərbə doğru hərəkət edir. Küləyin sürəti 38,8 m/s-ə çatır.