Bakı. 25 yanvar. REPORT.AZ/ Meksikanın İdalqo ştatında yanacaq axan boru kəmərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 96 nəfərdən 100-ə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, daha 4 nəfərin öldüyü barədə məlumat Meksika Sosial Sığorta İnstitutunun saytına yerləşdirilib.
"Bu xəstələrə Mexiko ştatının Lomas-Verdesdəki ixtisaslaşmış klinikada tibbi yardım göstərilirdi", - deyə təşkilatın məlumatında bildirilir.
Partlayış yanvarın 18-də boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində qanunsuz olaraq deşilən yerdə insanlar yanacaq toplayan zaman baş verib.