Bakı. 19 yanvar. REPORT.AZ/ Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə ştatın qubernatoru Ömər Fayyad öz "Twitter" mikrobloqunda yazıb.
O həmçinin hadisə zamanı 76 nəfərin xəsarət aldığını bildirib.
***06:55
Bakı. 19 yanvar. REPORT.AZ/ Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması zamanı azı 20 nəfər ölüb, daha 54 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə region qubernatoru Ömər Fayyada istinadən "Televisa" telekanalı məlumat yayıb.
"İlkin məlumatlar çox ağırdır, mənə 20 nəfərin yandığını və 54-nin isə yanıq xəsarəti aldığı bildirilib", - deyə Fayyad söyləyib.
Partlayış və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində qanunsuz olaraq deşilən yerdə insanlar yanacaq toplayan zaman baş verib.
Meksika prezidenti Andres Manuel Lopes Obrador yanğın zamanı zərərçəkənlərə zəruri yardımın göstərilməsi barədə tapşırıq verib.