Meksikada ölkənin ən böyük narkotik kartelinin lideri həbs olunub

Meksikada ölkənin ən böyük narkotik kartelinin lideri həbs olunub Bakı. 9 fevral. REPORT.AZ/ Meksikanın hüquq-mühafizə orqanları ölkənin ən güclü narkotik kartellərindən biri Los Setasın lideri olduğu iddia edilən şəxsi həbs edib.
Digər ölkələr
9 Fevral , 2018 11:58
Meksikada ölkənin ən böyük narkotik kartelinin lideri həbs olunub
РИА Новости

Bakı. 9 fevral. REPORT.AZ/ Meksikanın hüquq-mühafizə orqanları ölkənin ən güclü narkotik kartellərindən biri "Los Setas"ın lideri olduğu iddia edilən şəxsi həbs edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər ki, "Heraldo de Mexico" nəşri "Z43" və "El Çarli" kimi də tanınan Xose Mariya Qisar Valensiyanın dünən hərbi dəniz donanması idarəsinin əməkdaşlarının federal polislə keçirdiyi əməliyyat nəticəsində saxlanıldığını yazıb.

ABŞ əsilli Qisar Valensiya kokain və metamfetaminin Birləşmiş Ştatlara çatdırılmasına cavabdeh şəxs hesab edilir. O, həmçinin narkotiklərin Qvatemaladan Meksikaya çatdırılmasına nəzarət edib.

Son xəbərlər

Orphus sistemi